Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Abdullayeva Gülər Fərahim qızı

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Baş mütəxəssis

 Abdullayeva Gülər Fərahim qızı 1990-cı il sentyabr ayının 4-də İsmayıllı şəhərində anadan olmuşdur. 2009-2013-cü illərdə Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Fransaşünaslıq ixtisası üzrə təhsil almışdır. Əmək fəaliyyətinə 2014-cü ilin iyun ayında Heydər Əliyev Mərkəzində başlamışdır. 2015-2017-ci illərdə Heydər Əliyev Mərkəzində direktor vəzifəsini icra etmişdir.2015-ci ildə Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi VI Grant Müsabiqəsinin qalibi olmuşdur. 2017-ci ildə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon Komitəsinin sədri seçilmişdir. Həmin  ildə “İlin peşəkar gənci” fəxri adına layiq görülmüşdür. 2021-ci ilin oktyabr ayından İsmayıllı Regional Mədəniyyət İdarəsinin baş mütəxəssisi vəzifəsində çalışır. Ailəlidir. 1 övladı var.

E-poçt: ismayilliregional@gmail.com