İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər

20 Yanvar-Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində tədbir keçirilib

Warning: date(): It is not safe to rely on the system's timezone settings. You are *required* to use the date.timezone setting or the date_default_timezone_set() function. In case you used any of those methods and you are still getting this warning, you most likely misspelled the timezone identifier. We selected the timezone 'UTC' for now, but please set date.timezone to select your timezone. in /home/mct/public_html/mctgov.az/ismayilli/inc/preview/main.php on line 267

20.01.2023

20 Yanvar-Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində tədbir keçirilib

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Mahmud Süleymanov, İsmayıllı Rayon İcra Hakimiyyətinin müavini Sevil Əhmədova, hüquq-mühafizə orqanlarının, şəhid ailələri və qazilər, digər müəssisələrin əməkdaşları və rayon ictimaiyyəti iştirak ediblər. 

İlk öncə İsmayıllı rayonunda yerləşən Şəhidlər Xiyabanı ziyarət olunub. Daha sonra İsmayıllı rayon Mədəniyyət Mərkəzinin foyesində 20 Yanvar faciəsinə həsr olunan sərgiyə baxış keçirilib. Tədbirin bədii hissəsi 20 Yanvar şəhidlərinin, eləcə də Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. 

 Tədbirdə çıxış edənlər qeyd ediblər ki, tarixin bu qara səhifəsi, əbədi olaraq, hər bir azərbaycanlı üçün dünyanın hansı nöqtəsində olmasından fərqli olmayaraq, ümummilli matəm günü kimi qalacaq. Bu faciədə qohumlarını, yaxınlarını və ya soydaşlarını itirən hər bir kəs, 20 Yanvar tarixini gözü yaşlı keçirir. 20 Yanvar xalqımızın tarixində təkcə faciə deyil, həm də istiqlal mücadiləsinin qələbəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Həmin faciəli günlərdə ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini öz həyatından uca tutan, xalqının səsinə hər kəsdən əvvəl səs verən ümummilli liderimiz Heydər Əliyev oldu.

Vətən öz şəhidlərini heç vaxt unutmayacaq. O müdhiş gecədə şəhid olanlar Azərbaycanın tarixində parlaq səhifə yazdılar. Xalqın milli azadlığı, müstəqilliyi və firavan həyatı üçün yol açdılar. İllər ötəcək, nəsillər dəyişəcək, lakin şəhidlərimizin xatirəsi ürəklərdə əbədi yaşayacaq, onlar heç vaxt unudulmuyacaq.

 Allah bütün şəhidlərimizə rəhmət eləsin.

 #MinistryforCulture

 #MədəniyyətNazirliyi

 #Azərbaycan 

#İsmayıllıRMİ

#Mədəniyyət

#20Yanvar