Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər

İsmayıllıda Od çərşənbəsi qeyd olunub

05.03.2024

5 mart 2024-cü il tarixdə İsmayıllı rayonunun Lahıc qəsəbəsində Novruzun ikinci çərşənbəsi olan Od çərşənbəsi qeyd edilib. Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur. Od çərşənbəsinə el arasında bəzən "Üzgü çərşənbə", "Üzgü axşamı", "Addı çərşənbə" də deyirlər.

Təbiətə və təbiətin ayrılmaz parçası olan insanlara həyat enerjisi – dirilik verən odun real həyatdakı funksiyası qədim mifik görüşlərdə də öz inikasını tapıb.

Tədbirdə “Lahıc” xalq folklor kollektivinin, İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin “Niyal” instrumental ansamblının ifasında Novruz bayramına həsr edilən mahnılar səsləndirilib, rayon sakinləri təbiətin oyanışının rəmzi olan bayram tonqalı ətrafında yallı gediblər.