
13.12.2025
Ümummilli lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib
Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Tədbirdə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi v.m.i.e Şəhriyar Soltan, Yeni Azərbaycan Partiyası Şamaxı Rayon Təşkilatının sədri Tural Qasımlı, Regional Təhsil idarəsinin rəisi Ramin Abasov, Dağlıq Şirvan Regional Mədəniyyət və Təhsil İdarələrinin tabeliyində fəaliyyət göstərən müəssisələrin əməkdaşları iştirak etmişlər.
Tədbirdə ilk öncə şagirdlərin əl işlərindən ibarət olan və Ulu öndərə həsr edilən rəsm əsərlərindən təşkil olunmuş sərgiyə baxış keçirilmişdir. Tədbirin bədii hissəsində Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin və Şamaxı Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri Ulu öndərə həsr edilən şeirlər səsləndirmiş və onun sevdiyi mahnıları ifa etmişlər.
Daha sonra çıxış edən natiqlər müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı bütün varlığı ilə vətəninə, xalqına bağlı olan böyük dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin qurulmasında, xalqımızın əmin-amanlığının təmin edilməsində və milli-mənəvi dəyərlərimizin qorunmasındakı əvəzsiz xidmətlərindən geniş söhbət açmışlar.